Cari ilin oktyabr ayının sonlarında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Azərbaycan üzrə əlaqəldəndiricisi Andrey Çupov Bakıya səfər edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib.
A.Qəribov bildirib ki, BAEA-nin ekspertləri mütəmadi olaraq Azərbaycana səfər edəcək ölkəmizlə qurum arasında həyata keçirilən layihələrin icra vəziyyəti ilə maraqlanırlar. A.Qəribov hazırda BAEA tərəfindən ölkəmizdə 5 layihənin həyata keçirildiyini vurğulayıb.
|