Azərbaycan Akademik Milli Dram Teatrının payız mövsümündə açılışı tyəxirə salınıb. Səbəb teatrda aparılan təmir işləridir. KƏLAMİNFO xəbər verir ki, bu barədə teatrdan məlumat verilib.
Milli Dram Teatrı yeni mövsümü gələn il martın 27-də Beynəlxalq Teatr Günündə açacaq. Açılış gününə kimi teatrda bir neçə tamaşa yeni quruluşda səhnələşdiriləcək. Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında teatrın baş rejissoru Mərahim Fərzəlibəyovun quruluş verdiyi “Hökmdar və qızı” tamaşasının məşqləri artıq başlanıb. Nəzərdə tutulan digər tamaşaların məşqlərinə isə oktyabrın 1-dən başlanacaq.
|