Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra R.Van der Linden Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Niderland Krallığı Senatının sədrinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
R.Van der Linden Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
|