Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin görüşü keçiriləcək. KƏLAMİNFO Gürcü mənbələrinə istinadən xəbər verir ki, prezidentlər Avropaya qaz tədarükünün birgə layihəsini müzakirə edəcəklər. Qeyd edək ki, prezidentlər İlham Əliyev-Mixail Saakaşvili-Trayan Beseskunun görüşü üçün nəzərdə tutulmuş bütün lazımi sənədləri razılaşdırmaq üçün bu gün Bakıda işçi qruplarının, sentyabrın 13-də isə üç ölkənin energetika nazirləri səviyyəsində görüşlər keçiriləcək. Xatırladaq ki, mayeləşdirilmiş qazın emalı və nəqli sahəsində əməkdaşlıq haqqında AGRI layihəsi üzrə Memorandum cari ilin aprel ayının 13-də Buxarestdə imzalanıb.
|