Sabah Niderland Krallığı Senatının sədri Rene van der Linden Azərbaycana səfərə gələcək. Milli Məclisin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanla Niderland Krallığı parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərimizin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır. Səfər çərçivəsində Rene van der Linden Milli Məclisin sədri Oqtay Əsədov, Beynəlxalq münasibətlər və parlamentlərarası komitənin üzvləri və digər rəsmi şəxslərlə görüşəcək. Niderlan Krallığı Senatının sədri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanın tarixi-mədəniyyət abidələri ilə tanış olacaq. Səfər sentyabrın 10-da başa çatacaq.
|