Cari ildə respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının inşası başa çatdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Təhsil Nazirliyindən veriblər. Eləcə də, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 3 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 52 körpələr evi-uşaq bağçası və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. Qeyd edək ki, cari ildə 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.
|