Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, bu gündən P.Semnebi Azərbaycan hakimiyyəti ilə məsləhətləşmələr aparacaq, Dağlıq Qarabağın Azərbaycanlı İcması, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.
Görüşlərdə Azərbaycanda və Cənubi Qafqaz regionunda baş vermiş son hadisələrə, eləcə də cari ilin noyabrında ölkəmizdə keçiriləcək parlament seçkilərinə hazırlıq və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.
|