ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, İqor Popov (Rusiya) və Robert Bradtkenin (ABŞ) də bu gün Bakıya gələcəyi gözlənilir.
Sabah isə vasitəçilər Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcəklər. Səfərin əsas məqsədi işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda qeyri-qanuni məskunlaşmanı araşdırmaq üçün yaranacaq fakt-araşdırıcı missiyanın detallarını müzakirə etməkdir.
Sentyabrın 8-9-da vasitəçilər İrəvan və Xankəndində analoji görüşlər keçirəcəklər.
|