Sentyabrın 7-8-də Bakıda kibernetik təhlükəsizlik məsələləri üzrə milli ekspertlərin iştirakı ilə seminar keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçiriləcək seminar Azərbaycan tərəfindən cari il iyulun 1-də ratifikasiya edilmiş Kibernetik Cinayətkarlıq haqqında Konvensiyanın həyata keçirilməsinə kömək məqsədilə kibernetik təhlükəsizlik üzrə davamlı siyasətin işlənib hazırlanmasına yönəlib.
|