“Kinoşok-2010” MDB, Latviya, Litva və Estoniya ölkələrinin XIX açıq festivalı Anapada sentyabrın 11-19-də keçiriləcək. KƏLAMİNFO festivalın mətbuat xidmətinə istinadən xəbər verir ki, festival çərçivəsində ənənəvi “KinoMalıŞok” uşaq oyun və animasiya filmlərinin festivalı keçiriləcək.
“Kinoşok” kino festivalının prezidenti tanınmış dramaturq, rejissor Viktor Merejkodur. Festivalın Təşkilat komitəsinə RF Prezident Aparatının rəhbəri Serqey Narışkin rəhbərlik edir. Baş direktor qismində isə aktrisa İrina Şevçuk çıxış edir.
İTAR-TASS xəbər verir ki, festival çərçivəsində beş müsabiqə keçiriləcək.
|