İtaliyanın xarici işlər naziri Franko Frattini Azərbaycana rəsmi səfərə gəlir. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində ikitərəfli aktual məsələlərin, siyasi və iqtisadi sahələrdə regional əməkdaşlığın müzakirə olunacağı gözlənilir. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında müzakirələr isə danışıqların əsas prioritet mövzusu olacaq. Xatırladaq ki, İtaliya dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
|