Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının sifarişi ilə 2000 təşviqat lövhəsi hazırlanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya MSK-nın Təşkilat şöbəsinin müdiri Zemfira Eminova verib.
Z.Eminova bildirib ki, hazırlanan lövhələr müvafiq yerlərdə yerləşdiriləcək. O, lövhələrin yaxın günlərdə həmin yerlərə göndəriləcəyini söyləyib.
|