ATƏT-in Bakı ofisi noyabrda Azərbaycanda keçiriləcək parlament seçkilərində çoxlu sayda beynəlxalq müşahidəçinin iştirakını rəsmi Bakının uğuru kimi qiymətləndirir. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı bu gün MSK-da Azərbaycanın dairə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kursların açılış mərasimində ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib.
ATƏT rəsmisi qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində ATƏT-dən 450 nümayəndə müşahidə edəcək ki, onların 45 nəfəri uzunmüddətli müşahidəçidir.
|