Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət miniatür kitab nəşr edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
Azərbaycan Kitab Cəmiyyətinin çap etdirdiyi kitab 55-38 mm ölçüdə, 248 səhifədən ibarətdir və 200 nüsxə tirajla çap edilib.
Miniatür kitabda böyük mütəfəkkirin əsərlərindən 16 kompozisiya yerləşdirilib.
Qeyd edək ki, kitab AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanıb. Kitabın təqdimatının isə cari ilin sentyabrında Bakı və Naxçıvanda keçiriləcəyi gözlənilir.
|