Böyük Quruluş Partiyasının (BQP) qarşıdan gələn parlament seçkilərinə hazırlığı normal şəkildə gedir. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində BQP-nin sədri Fazil Mustafa söyləyib.
Millət vəkili qeyd edib ki, seçkilərə partiyadan 70-ə yaxın namizəd qatılacaq. Seçkilərdə hansı polatforma ilə çıxış edəcəklərinə münasibət bildirən F.Mustafa qeyd edib ki, seçkilərdə blok şəklində çıxış etməklə bağlı danışıqlar getdiyi üçün konkret platforma hazırlanmayıb. Onun sözlərinə görə, platforma blok şəklində çıxış etməklə bağlı aparılan danışıqların nəticəsindən sonra məlum olacaq.
|