Bu gün cari tədris ili üçün ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən veriblər.
Ali təhsil müəssisələrinə əsas yerləşdirmə zamanı qəbul olanlar bu günədək, ali məktəblərin vakant yerlərinə qəbul olanlar avqustun 13-dən 20-dək, magistraturaların boş qalan plan yerlərinə qəbul olanlar avqustun 11-dən 20-dək, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 16-dan 31-dək qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə qeydiyyatdan keçməmək həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
|