PKK terror təşkilatının liderlərindən olan Murad Karayılan avqustun 13-də verilən atəşkəs qərarının əsas səbəbini açıqlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karayılan Türkiyə dövlətinin bəzi rəsmiləri ilə Abdullah Öcalanın razılaşmasından sonra belə qərara gəldiklərini söyləyib. M.Karayılan A.Öcalanın dövlətdən gələn çağrıları nəzərə alaraq növbəti dəfə barışa şans tanınması üçün hərəkatımıza bir mesaj göndərdi.
|