Bu gün Qazaxıstanda ABŞ, Böyük Britaniya və Qazaxıstan silahlı qüvvələrinin birgə təlimi başlayır. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 10 gün davam edəcək hərbi təlimlərdə 1000-dən artıq hərbçi iştirak edəcək.
Təlimlər Almatı şəhəri yaxınlığındakı İlinski hərbi paliqonunda keçiriləcək. Hər il keçirilən bu təlimlər NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının tərkib hissəsidir.
|