Oktyabrın 10-da Qırğızıstanda keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 57 partiya namizədliyini irəli sürüb. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, avqustun 26-na qədər namizədlər qeydiyatdan keçməlidir. Sentyabrın 10-dan seçim kompaniyasına başlayan partiyaların 9 oktyabrda kampaniyaları sona çatacaq. Konstitusiyaya görə hər bir partiya 65 namizəd irəli sürə bilər. Deputatlarının sayı 50-dən çox olan partiya höküməti qurmaq hüququ qazanır.
|