Dekabrın 10-da Moskvada MDB dövlət başçıları Şurasının iclasının keçirilməsi nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bu gün səhər MDB İcraiyyə Komitəsinin mətbuat xidməti açıqlayıb. “Birlik ölkələrinin daimi nümayəndələri avqustun 17-də Minskdə keçiriləcək görüşdə birinci oxunuşda Birliyin ali orqanlarının növbəti iclaslarının gündəlik layihələrinə təklifləri müzakirə edəcəklər”,-deyə MDB İK-dəki mənbə söyləyib. Mənbə söhbətin noyabrın 19-da Sankt-Peterburqda keçiriləcək MDB Hökumət başçıları Şurası, dekabrın 9-da Moskvada keçiriləcək MDB Xarici işlər nazirləri Şurası və dekabrın 10-da Moskvada keçiriləcək MDB Hökumət başçıları Şurası iclaslarından getdiyini vurğulayıb. Həmçinin Minsk görüşünün iştirakçıları MDB-nin 20 illiyi ilə əlaqədar prezidentlərin bəyanat layihəsini və Azərbaycanda keçiriləcək parlament seçkilərinə (noyabrın 7-də) və Moldova keçiriləcək konstitusion repsublika referendumuna MDB-dən olan müşahidəçi missiyasının rəhbərləri haqqında məsələsini müzakirə edəcəklər.
|