Bu gün Beynəlxalq Gənclər günüdür. KƏLAMİNFO xəbər verir ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb.
Azərbaycanda gənclərlə bağlı dövlət siyasətini 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi həyata keçirir. 1996-cı ildən başlayaraq Azərbaycan Gənclərinin Forumları keçirilir. Ölkəmizdə isə Gənclər günü ümummilli lider Heydər Əliyevin qərarı ilə fevralın 2-i qeyd olunur. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır.
|