Müqəddəs Ramazan ayının gəlməsi ilə əlaqədar Rusiya müsəlmanları xeyriyyə fondu yaradıblar. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu ölkədə müsəlmanların Sosial-Xeyriyyə və Mənəvi-Maarfiçilik Departmaneti ölkədə yanğından əziyyət çəkmiş insanlara lazım olan əşyaların toplanmasına başlayıb.
Anomal istilər səbəbindən Rusiyanın 22 regionunu təbiət yanğınları bürüyüb. Bu regionların 7-də, o cümlədən Moskvada fövqəladə vəziyyət elan olunub. Xeyriyyə məqsədilə toplanmış bütün ianələr departamentdə toplanacaq və əziyyət çəkmiş əhaliyə paylanacaq.
|