Türkiyənin Şırnak vilayətinin İdil kəndi yaxınlığında keçən BOTAŞ neft şirkətinə aid Kərkük-Yumurtalık boru kəmərində partlayış baş verib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar İdil Dövlət Xəstəxanasında çatdırılıb. Partlayışın PKK terroristlərinin kəmərin altına mina qurması nəticəsində baş verdiyi bildirilir. Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı əməliyyata başlayıblar.
|