Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9-illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlərlə bağlı müsabiqə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil almaq istəyən abituriyentlər, bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün cari il avqustun 10-dək seçdikləri ixtisasların kodlarını elektron ərizə formasına daxil edib, ərizələrini SQK-larda təsdiq etdirməlidirlər.
|