Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən ali məktəblərin magistraturasının boş qalan plan yerlərinə yerləşdirmə üçün sənəd qəbuluna başlayıb. TQDK-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sənəd qəbulu avqustun 5-i saat 9.00-dək davam edəcək.
Sənəd qəbulu internetlə aparılacaq. Vakant yerlər barədə elan “Magistr” jurnalının 6 sayında dərc edilib.
|