Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmanın Qarabağ problemi ilə əlaqəsi yoxdur. Bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Yaponiyanın “Yomiuri” qəzetinə verdiyi müsahibəsində səsləndirib.
“Əgər əlaqələrin normallaşması Dağlıq Qarabağ məsələsi ilə bağlanarsa, bu, Qarabağ üçün əlavə maneələr yarada bilər”,-deyən E.Nalbandyan bildirib ki, Türkiyənin yaxınlaşma məsələsini Qarabağ probleminin həlli ilə bağlamaması lazımdır.
|