Mədəniyyət və Turizm Nazirliyi 2 avqust kino günü münasibətilə “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Tədbir avqustun 2-də Muzey Mərkəzində keçiriləcək.
Tədbirin proqramına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbriki, kino veteranlarının təltif edilməsi, “Bayramdan bayrama” video filminin nümayişi, “Azərbaycan kino plokatatı. 1930-1980” sərgisinin açılışı və Heydər Əliyev Sarayında R.İbrahimbəyovun “Kabusun gözüylə” filminin təqdimatı daxildir.
|