Rusiya Xarici İşlər Nazirliyi İran prezidenti Mahmud Əhməd Nejatın ittihamlarına cavab verib. KƏLAMİNFO xəbər verir ki, Rusiya XİN-i İran prezidenti tərəfindən səsləndirilən ittihamların Rusiyanın İranın nüvə proqramına göstərdiyi obyektiv, bitərəf münasibətini təhrif etmək olduğunu bildirib.
Rusiya İran rəhbərliyini problemin həll olunması üçün BMT TŞ-nin daimi üzvləri ilə birgə addımlar atmağa çağırıb.
|