Türkiyə ilə Rusiya arasında viza rejimi rəsmən ləğv edilib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, mayın 12-də Ankarada imzalanan saziş Nazirlər Kabinetində təsdiq edilib.
Xüsusi, xidməti və ümumi pasport sahibi olan Türkiyə və Rusiya vətəndaşları qarşılıqlı olaraq bir-birilərinin ölkələrində 30 gün müddətində vizasız səyahət edə biləcəklər.
|