Cari ilin sentyabr ayında ATƏT Parlament Assambleyasının yeni sədri Petros Eftimioun Bakıya səfəri gözlənilir. KƏLAMİNFO xəbər verir ki, bu məlumatı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov verib. E. İbrahimov bildirib ki, P.Eftimiou ilə ATƏT PA-nın iqtisadiyyat komitəsində birgə fəaliyyət göstəriblər və onunla dostluq münasibətləri var. Milli Məclisin komitə sədri ATƏT PA-nın yeni sədrinin Azərbaycana dost münasibət bəsləyəcəyinə inamını ifadə edib.
|