İngiltərə Baş nazirin müavini Nik Clegg parlamentdə “nazirə suallar” adlı tədbirdəki nitqində 2003-cü ildə İraqın işğal edilməsini “qanundan kənar” adlandırıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir müavinin bu sözləri tarixdə rəsmi etiraf kimi qəbul olunacaq.
Artıq İngiltərə rəsmisinin bu çıxışı koalisiya hökümətinin digər müttəfiqi Mühafizakar partiyasında şok təsir yaradıb.
|