İraqdakı ABŞ qüvvələrinin komandanı, general Raymond Odierno bölgədə ən son İraqın şimalından çəkiləcəklərini bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqdakı ABŞ güclərinin 2011-ci ildə tamamlanacaq çəkilmə prosesi haqda Vaşinqtonda jurnalistlərə açıqlama verən Odierno İraqın şimalında ərəblərlə kürdlər arasındakı etnik gərginliyi ölkənin sabitliyinə qarşı ən böyük təhdid saydıqlarını deyib. General "ABŞ qüvvələrinin 2011-ci ilin sonuna qədər qalacağı son yerlərdən biri böyük ehtimalla Kərkük olacaq",-deyə əlavə edib.
Şimali İraqdakı kürd peşmərgələrinə və İraq ordusuna təlim keçdiklərini bildirən Odierno "Hər iki güc İraq xalqının güvənəcəyi bir güc olaraq birləşməlidir",-deyə vurğulayıb. O, bölgə əhalisinin təmsilçisi olacaq belə bir gücün sabitliyin də təminatı olacağını deyib.
|