“Əl-Qaidə”nin liderlərindən olan Ayman əl-Zəvahiri yeni yayımlanmış audioyazısında Yaxın Şərq, eləcə də ərəb dünyası liderlərini sionizmdə və İsrailə kömək etməkdə günahlandırıb. KƏLAMİNFO xarici xəbər agentliklərinə istinadən məlumat verir ki, Ayman əl-Zəvahiri Misir prezidenti Hüsnü Mübarəkin sionizmi dəstəkləyən ərəb ölkələri liderlərinə rəhbərlik etdiyini və İsrailin Qəzza bölgəsini blokada şəraitində saxlamasına imkan yaratdığını vurğulayıb.
Əl-Qaidə lideri İordaniya kralı İkinci Abdullanı, Səudiyyə Ərəbistanının kralı Abdulla ibn Abdul Əzizi və Fələstin avtonomiyasının lideri Mahmud Abbası da sionizmdə günahlandırıb.
|