Rusiya Hərbi-dəniz donanmasının baş komandanı Vladimir Vısotski iyulun 20-23-də Türkiyədə rəsmi səfərdə olacaq. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərin əsas məqsədi iki ölkənin hərbi donanmalarının əməkdaşlığını müzakirə və inkişaf etdirməkdir.
Xatırladaq ki, Rusiya və Türkiyə Qara dənizin müdafiəsində iki müxtəlif layihədə əməkdaşlıq edir.
|