Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında aparılan assosiasiya sazişində siyasi təhlükəsizlik dialoquna geniş yer ayrılmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda assosiasiya sazişinin müzakirəsi üzrə keçirilən tədbirdə söyləyib.
“Bu dialoqun mahiyyəti ondan ibarətdir ki, bizim regionda stabillik, təhlükəsizlik və sülh bərqərar olsun. Vacibdir ki, regionda olan konfliktlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunsun. Hesab edirik ki, bu sahədə Avropa İttifaqının imkanları var”,-deyən M.Məmməd-Quliyev problemin beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapacağına ümid etdiyini vurğulayıb.
|