Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin müraciətinə əsasən cari tədris ili üçün Azərbaycan bölməsində oğlan abituriyentlərin Ali Hərbi Məktəblərin boş qalmış yerlərinə qəbulla bağlı müsabiqəyə başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə açıqlayıb.
O, qeyd edib ki, müsabiqə Azərbaycan bölməsində I ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşadək olan oğlan abituriyentlər üçündür. TQDK sədri vurğulayıb ki, bu məktəblərə qəbul olmaq istəyən namizədlər Heydər Əliyev adına Ali Hərbi Məktəbdə yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.
|