C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Milli Orduya həsr olunmuş layihə işləyib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Layihə əsasında kitabxananın veb-saytında “Dağlıq Qarabağ problemi”, “Bunu hər kəs bilməlidir. Azərbaycanın qanlı tarixi”, “Onları hamı tanımalıdır” linkləri hazırlanıb.
Kitabxanada “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş, “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimatı keçirilib.
|