Roma Papası dünyanın müxtəlif regionalarında, o cümlədən Azərbaycanda bir neçə kadrını dəyişib. KƏLAMİNFO xəbər verir ki, o, səkkiz yepiskop (onlardan ikisi rektordu) və nunsi (Papa nümayəndəsi) təyin edib. Bundan əlavə 2 iyerarx öz vəzifəsindən azad edilib. Bakıda Sui İuris missiyasında dəyişiklik edilib. XVI Benedikt bu missiyanı yerinə yetirən Yana Çaplının əvəzinə Vladimir Feketeni təyin edib.
|