Bu gün səhər Rusiya Federasiyası Dağıstan Respublikası ərazisindən keçən dəmir yolunda partlayış baş verib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Tarku-Manas yolunda lokomotiv və qumla dolu 2 vaqonun partladılması nəticəsində ölən və yaralanan olmayıb. Buna baxmayaraq, partlayış səbəbindən bu istiqamətdə hərəkət edən Bakı-Moskva və digər qatarlar dayandırılıb.
Hazırda hadisə yerində operativ-istintaq qrupu və təmir briqadası fəaliyyət göstərir.
|