Sentyabrın 28-30-u tarixlərində Bakıda “Üçqat və çoxqat birləşmələr üzrə 17-ci beynəlxalq konfrans” (İSPMC-17) keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər.
AMEA Fizika İnstitutu və Yaponiyanın Osaka Universitetinin təşkilatçılığı ilə reallaşacaq konfransda dünyanın qabaqcıl ölkələrindən 150-dək nümayəndə iştirak edəcək.
Konfransda dinləniləcək məruzələrin tezisləri ingilis dilində sentyabrın 28-dək qəbul ediləcək və məruzələr ingilis dilində dinləniləcək. Konfransda dinləniləcək ən yaxşı məruzələr dünyanın aparıcı elmi jurnallarında dərc ediləcək.
|