İstilik təminatını yaxşılaşdırmaq məqsədilə “Sumqayıtistiliktəchizat” İdarəsi tərəfindən hazırda 2 qazanxanada əsaslı təmir işləri aparılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Sumqaıt şəhər İcra Hakimiyyətindən veriblər.
Bunlar şəhərin 18-ci mikrorayon və 18-ci məhəllə ərazilərində yerləşən istilik qazanxanalarıdır. 18-ci məhəllədə 1,5 A/kal, 18-ci mikrorayonda isə 6,25 A/kal gücündə istilik qazanxanalarının tikinti-quraşdırma işləri həyata keçirilir. Müxtəlif diametrli istilik xətti, su xətti, elektrik naqilləri yenisi ilə əvəz olunur. Bundan əlavə müxtəlif diametrli siyirtmələr, şəbəkə nasosları dəyişdirilir.
Sumqayıtda “Azəristiliktəchizat” İdarəsinin 2010-cu il üçün tərtib etdiyi plan əsasında şəhərin bir sıra məhəllə və mikrorayonlarını əhatə edəcək yeni istilik qazanxanalarının yaradılmasına başlanılıb. Onların istifadəyə verilməsi ilə mərkəzləşdirilmiş şəkildə qızdırılan binaların sayı artacaq.
|