Bu gün müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yeno Boroşu qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
S.Əbiyev səfirlik müddətini bitirən diplomata ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq məsələlərinin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.
Görüşdə regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılıb.
|