Türkiyənin Hakkari və Elazığ bölgəsində PKK terrorçularının törətdiyi terror hadisələri nəticəsində son iki gündə 3 əsgər şəhid olub, 12 əsgər isə yaralanıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, 12 terrorçu məhv edilib.
Hakkari vilayətinin Şəmdinli qəsəbəsinin Haruna keçidində terrorçuların əraziyə döşədiyi minanın partlaması nəticəsində 2 əsgər yaralanıb.
Yüksəkova qəsəbəsinin Qamışlı kəndi yaxınlığında da hərəkət halında olan təhlükəsizlik qüvvələrinə terrorçular atəş açıb. İki əsgər də bu olayda yaralanıb.
Şəmdinli qəsəbəsində terrorçular jandarma məntəqəsinə hücum nəticəsində 3 əsgər şəhid olub, 3 əsgər yaralanıb, 9 terrorçu ölü ələ keçirilib.
Elazığ vilayətinin Arıcak qəsəbəsində də təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən atışmada 3 terrorçunun ölüsü ələ keçirilib.
Atışmada 5 əsgər yaralanıb.
|