Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin cari ilin 10-11 noyabr tarixlərində Azərbaycana nəzərdə tutulan rəsmi səfəri təxirə salınıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Polşa tərəfinin xahişi ilə qeyri-müəyyən vaxta qədər ertələnib.
Səfərin növbəti tarixi barəsində əlavə məlumat veriləcək.
|