Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər edəcəklər. KƏLAMİNFO xəbər verir ki, vasitəçilərin günün birinci yarısında separatçı rejimin rəhbəri Bako Saakyanla görüşü planlaşdırılır.
İyulun 3-də isə ATƏT-in Minsk qrupu həmsədrlərinin İrəvanda görüşlər keçirəcəyi gözlənilir. Onlar Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. İyulun 4-də isə vasitəçilərin İrəvandan Bakıya gəlməsi nəzərdə tutulur.
Qeyd edək ki, iyulun 4-5-də ABŞ-ın dövlət katibi Hillari Klinton da İrəvanda olacaq.
|