Cari il iyulun 16-17-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Qazaxıstanda görüşə bilərlər. KƏLAMİNFO xəbər verir ki, görüş ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-formal toplantısı çərçivəsində baş tuta bilər.
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.
Qeyd edək ki, nazirlərin belə bir görüşünün planlaşdırıldığı barədə xəbərlər hələlik rəsmən təsdiqlənməyib.
|