Azərbaycan dövləti ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla mütəmadi dialoq aparır və bundan sonra da bu proses davam etdiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.
Ə.Həsənov bildirib ki, bu il keçiriləcək parlament seçkilərində də onların bu və ya digər tövsiyyələri dəyərləndiriləcək. Onun sözlərinə görə, sözügedən qurumların seçki praktikasının yaxşılaşmasına yönələn bütün təklifləri nəzərə alınacaq və Azərbaycanda getdikcə seçki prosesinin beynəlxalq standartlara tam uyğunlaşıdırılması təmin olunacaq.
|