Azərbaycan dövlətinin qeyri-hökumət təşkilatlarına yönəlik vahid siyasəti var və onun da mahiyyəti ölkədə QHT hərəkatının stimullaşması, getdikcə müstəqilləşməsi, vətəndaş təşəbbüslərinin daha dolğun əks etdirilməsindən ibarətdir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib.
Ə.Həsənov bildirib ki, hazırda dövlət QHT-lərə Dövlət Dəstəyi Şurasına lazımi dəstəyi verir və bundan sonra da bu dəstək davam etdiriləcək.
|