Səhiyyə nazirinin müavini Elsevər Ağayev Bosniya və Herseqovina dövlət nümayəndələri ilə görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyi mətbuat xidmətindən veriblər.
Görüşdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində ikitərəfli əlaqələrin perspektivləri, səhiyyə və sosial sahədə birgə proqramların həyata keçirilməsi imkanları və s. məsələlər müzakirə olunub.
|