Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Bakıya səfərinin proqramı açıqlanıb. KƏLAMİNFO xəbər verir ki, P.Semnebi Bakıya iyunun 29-da gələcək.
İyulun 1-dək davam edəcək səfər çərçivəsində Azərbaycanla Aİ arasında bir sıra məsələlər müzakirə olunacaq. Həmin məsələlər arasında ölkədə daxili vəziyyət, qarşıdan gələn parlament seçkiləri, Azərbaycanla Aİ-ni yaxınlaşdırmaq məqsədi güdən assosiativ saziş üzərində iş, regiondakı vəziyyət, Dağlıq Qarabağ, cəbhə xəttində baş vermiş son silahlı insident müzakirə olunacaq.
|